Son üç ayda Azexport.az portalına sifarişlər 37 faiz artıb

12:13 - 29.04.2020


29 aprel, Fineko/abc.az.   Cari ilin yanvar-mart ayları ərzində Azexport.az portalına 147,7 milyon  dollar dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin mart ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 44,8 milyon dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 36,6 % artıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayında qeyd edilib.

Qeyd olunur ki, mart ayında Portala ən çox ixrac sifarişi kartof, soğan, pomidor, tibbi tənzif, alma, sarımsaq, tütün, pambıq yağı, zəncəfil, mineral su, şərab, qənnadı məhsulları, çay, yumurta, nar şərabı, mebel, fındıq, tikinti materialı, boya, kosmetik vasitə, metal konstruksiya, bal, mebel dəsti və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 mart tarixinə kimi (39 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 732,5 milyon  dollar təşkil edib.

Bütün xəbərlər