Bir ayda dəmir yolu ilə bu qədər sərnişin daşınıb - Hesabat

14:20 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Martda dəmir yolu nəqliyyatı ilə daşınan sərnişinlərin sayı açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə dəmir yolu nəqliyyatı ilə 238,8 min sərnişin daşınıb.

Müqayisə üçün qeyd edək ki, fevralda dəmir yolu nəqliyyatından istifadə edənlərin sayı 432,2 min nəfər olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər