Bu istiqamətdə avtobusların sayı artırılıb - Açıqlama

14:40 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusların sayı artırılıb.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O qeyd edib ki, bəzi iş yerlərinin açılması ilə əlaqədar Bakı-Sumqayıt, Bakı-Xırdalan və əks istiqamətlərdə sərnişin sıxlığı qismən artıb: "Bundan əvvəl sərnişin axınının azalması ilə bağlı avtobusların da sayı da azaldılmışdı.

Artıq həmin istiqamətlər üzrə avtobusların sayı bərpa edilib. Hazırda Bakı-Sumqayıt istiqamətində olan daşımalarda 33 avtobus fəaliyyət göstərir və sərnişindaşımada heç bir sıxlıq müşahidə olunmur".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər