Üç ayda 9 milyon manat xalis mənfəət qazanan bank - Hesabat

14:53 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Xalq Bank" ASC bu ilin yanvar-mart ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə bankın faiz gəlirləri müvafiq dövrlə müqayisədə 0,22 mln artaraq 27,567 mln manat, faiz xərcləri isə 0,89 mln manat azalaraq 4,875 mln manat, qeyri-faiz gəlirləri 5,105 mln manat artaraq 7,88 mln manat, qeyri-faiz xərcləri kiçik artımla 11,52 mln manat təşkil edib.

Beləliklə, ilin ilk rübü ərzində Bank 9,04 mln manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin anoloji dövrünə olan göstəricidən 25,6% yüksəkdir.

Bankın 1 aprel 2020-ci il tarixinə cəmi kapitalı 421 mln manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər