16 ölkəyə beynəlxalq poçt göndərişləri bərpa olunub - Siyahı

15:25 - 29.04.2020


29 aprel, Fineko/abc.az. “Azərpoçt” MMC tərəfindən daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa edilib.

ABC.AZ-ın məlumatına görə, qurum tərəfindən yük aviaşirkəti ilə danışıqlar davam etdirilərək beynəlxalq poçtdaşımaları barədə yeni razılıq əldə olunub.

Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Honkonq, Gürcüstan, Estoniya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Kanada, Koreya, Qazaxıstan, Qırğızıstan, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilir.

Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər