330x100
 

Bakı Telefon Rabitəsi tender keçirir

29.04.2020,16:09


29 aprel, Fineko/abc.az. “Bakı Telefon Rabitəsi” MMC  avtonəqliyyat vasitələrinə texniki xidmət, eləcə də sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi və təmir xidmətlərinin satın alınması üçün tender keçirir.

Tenderdə iştirak haqqı 500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 21.05.2020 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.06.2020 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 04.06.2020 11:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Faiq Məmmədov

Telefon: (994 12) 498 39 29