Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

16:50 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Bugün Bakı Fond Birjasında Mərkəzi Bankının (AMB) 50101679S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə ABC.AZ-a Bakı Fond Birjasında   məlumat verilib.

Qeyd olunur ki, hərrac zamanı 11 investor tərəfindən qiymət 99,4773 AZN (6.76%) olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 333.095.400 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99,4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 27.05.2020 tarixində baş tutacaq.

 

Bütün xəbərlər