İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən kreditlər artıb - 4 faizdən çox

17:07 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 54.4 milyon manat ipoteka krediti verilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 89,7% azalaraq 7,3 milyon manata düşüb.

Son 1 ildə qurumun qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsait 100% azalıb, əvəzində Fonda büdcədən 17,8 milyon manat vəsait ayrılır (ötən ilin eyni dövründə vəsait ayrılmayıb).

 

Bütün xəbərlər