“Qazprom”un mənfəəti 17% azalıb

17:25 - 29.04.2020


29 aprel, Fineko/abc.az. 2019-cu ildə Rusiyanın təbii qaz inhisarçısı olan "Qazprom" şirkəti 1,2 trilyon rubl (16,3 milyard ABŞ dolları) məbləğində xalis mənfəət əldə edib. 

ABC.AZ "Report"-a  istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 17% azdır. 

Ötən il "Qazprom" 7,6 trilyon rubl (103,1 milyard ABŞ dolları) gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 7% azdır. 

Hesabat dövründə şirkətin borcları isə 5,1% artaraq 31 trilyon rubla (42,1 milyard ABŞ dolları) çatıb. 

"Qazprom" mənfəətinin azalmasını Avropaya ixrac etdiyi qazın həcminin 4%, qiymətinin isə 15% azalması ilə izah edib.

Qeyd edək ki, Rusiya şirkəti Avropanın "mavi yanacağ"a olan tələbatının 35%-ni ödəyir.

 

Bütün xəbərlər