Fed faizi qərarını açıqladı - Dəyişiklik yoxdur

10:20 - 30.04.2020


30 aprel, Fineko/abc.az. ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, ehtimal edildiyi kimi faiz dərəcələri dəyişməz qalıb.

Belə ki, Fed faiz dərəcəsini 0-0,25% aralığında dəyişməz saxlayıb. Bank bunu koronavirusun orta müddətdə böyük risklər yaratması ilə əlaqələndirib.

Qeyd edək ki, Fed-in faizi 3 Mart yığıncağı əvvəlində 1.50% - 1.75% aralığında idi. Fed 3 Mart yığıncağında 0,5 bənd, 15 Martda isə 1 bənd endiriməyə gedib.

 

Bütün xəbərlər