Bu Fondun xalis mənfəəti də azaldı - Hesabat

10:55 - 30.04.2020


30 aprel, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2019-cu ilin maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, İKZF 2019-cu ili 18 milyon 695 min manat xalis mənfəətlə başa vurub.

Bu isə 2018-ci illə müqayisədə 801 min manat və ya 4,1% azalma deməkdir. Bununla yanaşı Fondun faiz gəlirləri də azalıb. Belə ki, Fondun faiz gəlirləri 2018-ci ildəki 48 milyon manatdan ötən il 45 milyon manata qədər geriləyib. Ötən il Fondun faiz xərcləri artaraq 17 milyon 414 min manatdan 18 milyon 825 min manata yüksəlib.

2018-ci ilin sonunda Fondun ipoteka kreditləri portfeli 886 milyon 489 min manat ikən 2019-cu ilin sonunda 998  milyon 158 min manat təşkil edib.

 

Bütün xəbərlər