"20 Yanvar Dairəsi"-nə giriş bağlandı - 2 günlük

11:01 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində aprelin 30-u və mayın 1-də Moskva prospektindən “20 Yanvar dairəsi”nə şəhərdən çıxış istiqamətinə doğru avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva prospekti – Cavadxan küçəsi – “3-cü mikrorayon dairəsi” və ya Tbilisi prospekti – Ədbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri – “3-cü mikrorayon dairəsi” istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva prospektinin köməkçi yoluna çıxa bilərlər.

Mayın 2 və 3-də isə Moskva prospektindən “20 Yanvar dairəsi”nə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq. Sürücülər alternativ olaraq Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava – Dadaş Bünyadzadə, Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər “20 Yanvar dairəsi”nə, istərsə də şəhərin digər istiqamətlərinə hərəkət edə bilərlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər