Bu şirkətlərin hesabladığı sığorta haqları kəskin azalıb - SİYAHI

11:30 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən 5-nin yığdığı sığorta haqları kəskin azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ilin ilk 3 ayı ilə müqayisədə 2020-ci ilin ilk 3 ayında AtaSığorta, Atəşgah Sığorta, AXA MBask, Meqa Sığorta, Qala Həyat-ın hesabladığı sığorta haqları azalıb, 16 sığorta şirkətinin sığorta haqları isə artıb.

Digərlərinə nisbətən yeni yaranmış Xalq Həyat sığorta şirkəti ötən ilin ilk rübündə sığorta haqları toplamayıb. Bu səbəbdən onun müqayisəsini aparmaq mümkün olmayıb.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər