Naxçıvan Dövlət Sığorta Xidmətində təyinat - Sərəncam verildi

11:42 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında yeni yaradılan Dövlət Sığorta Xidmətinə direktor müavini təyin olunub.

ABC.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Musa Tofiq oğlu Əliyev “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktorunun müavini təyin edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər