İnzibatçı təyin edilmiş bankın maliyyə göstəriciləri açıqlanıb - Cəmi aktivləri artıb

12:05 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Mərkəzi Bankın müvəqqəti inzibatçı təyin etdiyi NBC Bank 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki,  2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin ilk rübündə NBC Bankın cəmi aktivləri 2 milyon 30 min manat artaraq 31 Mart 2020-ci il tarixində 324 milyon 677 min manata çatıb.

Müştəriləri verilmiş kreditlər 229 milyon 120 min manat, cəmi depozitlər isə 142 milyon 325 min manat olmaqla dəyişməz qalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər