Bakının “qara” valyuta bazarında avro bahalaşdı

12:35 - 11.01.2018


11 yanvar, Fineko/abc.az. Bu gün Bakının “qara” valyuta bazarında dolların qiyməti düşüb.

ABŞ dollarının alışı 1,6950 manat təşkil edib, satışı isə 1,7050 manatdan 1,7020 manata  enib.

Avronun qiyməti yenidən 2,00 manatdan 2,04 manata, satışı isə 2,01 manatdan 2,05 manata qədər yüksəlib və manata nisbətən 2%-ə qədər sabitləşib.

Rublun məzənnəsi dəyişməyib.  Hazırda rublun alışı 0,0290 manat, satışı isə 0,0292-0,0293 manat təşkil edir.

 

Bütün xəbərlər