Nazir müavini işdən çıxarıldı - Sərəncam

12:47 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Azərbaycanda nazir müavini işdən çıxarılıb.

ABC.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad olunub. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Emin Hüseyn oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Səfərov 2016-cı ildən bu vəzifədə çalışırdı.

 

Bütün xəbərlər