VÖEN-i olmayanlar şagird hazırlaşdıra bilmiyəcək - Qaydalar

14:40 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Bildiyiniz kimi xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aprelin 27-dən aradan qaldırılıb.

Fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor (qrup halında məşğələlər istisna olmaqla) xidmətləridir.

ABC.AZ Vergilər nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, repetitor xidməti göstərən şəxs əvvəl dərs keçdiyi yerə getmək və evində repetitor kimi fəaliyyət göstərmək üçün “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir və bunun üçün onun VÖEN-i olmalıdır.

VÖEN - vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. VÖEN alması vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul olması deməkdir, bununla o, gəlir əldə etməklə vergi tutulan müəyyən əməliyyatı yerinə yetirir. Başqa sözlə, VÖEN vətəndaşın vergi uçotuna alındığını göstərən sənəddir. Repetitor və buna bərabər təhsil xidməti göstərən hər kəs gəlir əldə etdiyi üçün VÖEN almalıdır.

VÖEN-i həm elektron qaydada, həm də vergi ödəyicilərinə xidmət mərkəzlərinə gedərək əldə etmək olar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər