AtaBank və Amrahbank-ın əməkdaşları işlə təmin olunacaqmı? - Millət vəkilindən açıqlama

15:41 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Sözsüz bankda olan bütün işçilərin işlə təmin olunması mümkün deyil. Çünki bank bağlandıqdan sonra bankın funksiyaları da müflisləşmə prosesində olur.

Bunu millət vəkili Vüqar Bayramov ABC.AZ-a Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilmiş "AtaBank" və "Amrahbank"-ın işçilərinin taleyinə münasibət bildirərkən deyib.

V. Bayramov qeyd edib ki, heç kəsə sirr deyil ki, bağlanan banklar həddən artıq müflis olmuşdular.

Onun sözlərinə görə, adları çəkilən banklar sadəcə kredit öhdəliklərini və ləğvetmə prosesindəki prosedurları yerinə yetirməyə məsul olurlar.

"Təbii ki, bağlanan banklarda müflis olanadək çalışan işçilərin bir qismi işlə təmin olunur. Daha məqsədəuyğun olardı ki, Azərbaycan Banklar Asossasiyası tərəfindən həmin vətəndaşlarımızın işsiz qalmaması üçün fəaliyyətlər həyata keçirilsin. Xüsusən nəzərə alsaq ki, digər banklarda əgər boş vakansiya varsa həmin müflis olmuş banklarda çalışan vətəndaşlarımızın işlə təmin olunmasına dəstək göstərsinlər", - deyə millət vəkili bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər