Əhalinin bank əmanətləri azalıb - 8 milyard manatdan çox

16:21 - 30.04.2020


30 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-mart aylarında əhalinin bank əmanətləri 4,5% və ya 8 milyard 251,7 milyon manatadək azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank (AMB) məlumat yayıb.

Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 1%  və ya 4 milyard 550 milyon manatadək və ya bütün əmanətlərin 55,1%-i səviyyəsində azalıb.

Yanvar-martda əhalinin milli valyutada əmanətlərinin həcmi 10,4% və ya 3 milyard 701,7 milyon manatadək azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər