Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracını keçirib

13:05 - 11.01.2018


11 yanvar, Fineko/abc.az. Bu gün valyuta hərracında dollar əvvəlki səviyyəsində qaldı.

AMB-dan bildirilib: “11 yanvar 2018-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır”.

Daha öncə, yanvarın 9-da keçirilmiş valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7001 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər