Mərkəzi Bank bu gün faiz qərarını açıqlayacaq - Mühüm qərar

11:20 - 1.05.2020


1 may, Fineko/abc.az. Bu gün Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dair qərarını açıqlayacaq.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən Bankın İdarə heyətinin növbəti iclası 1 May 2020-ci il tarixində keçirilməlidir.

Ekspertlər hesab edir ki, bu gün veriləcək qərar mühüm xarakterli olacaq. Bununla yanaşı bu dəfə də faizlərin sabit saxlanılacağı proqnozlaşdırılır.

Qeyd edək ki, neftin kəskin ucuzlaşması Azərbaycanda Manat üzərində təzyiqi artırıb, eyni zamanda inflyasiya bir qədər yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər