Naxçıvanda yeni təyinat - Səhiyyə naziri müavinlərinin sayı artırılıb

11:20 - 1.05.2020


1 may, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.

ABC.AZ-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamla Zeynəb Natiq qızı Mustafayeva Muxtar Respublikanın Səhiyyə nazirinin müavini təyin olunub.

Bununla da Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı 2-yə çatıb.

Qeyd edək ki, Z.Mustafayeva bundan əvvəl Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər