Kamran Əliyev Baş Prokuror oldu - Milli Məclisdə səs vermə keçirilib

11:29 - 1.05.2020


1 may, Fineko/abc.az. Kamran Əliyev Azərbaycanın yeni Baş Prokuroru seçilib.

ABC.AZ xəbər verir ki, bu gün keçirilən Milli Məclisin plenar iclasında ilk olaraq Baş prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılıb. İclasda 116 deputat iştirak edib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev Kamran Əliyevi Baş Prokuror vəzifəsinə təqdim edib. Daha sonra məsələ səsə qoyulub. Səsvermə nəticəsində 114 səslə K.Əliyev yeni Baş Prokuror seçilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər