Koronovirus əleyhinə vaksinin hazırlanacağı tarix bilindi

01.05.2020,11:51


1 may, Fineko/abc.az. "Gələn ilin yanvar ayına qədər ABŞ-da COVID-19 koronavirusu əleyhinə yüz milyonlarla vaksin dozası hazırlamaq olar".

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı infeksiya mütəxəssisi Entoni Fauçi deyib.

O qeyd edib ki, sürətlə çalışsalar da vaksinin təhlükəsizlik və effektivliyindən əmin olmaq istəyirlər "Vaksinin gələn ilin əvvəlinə hazır olması onun klinik sınaqlarından asılıdır. Hazırda “Conson & Conson”, “Moderna” kimi kompaniyalar və Oksford Universiteti vaksin üzərində çalışır" deyə infeksionist bildirib.

ABŞ-ın nüfuzlu “Nyu York Tayms” qəzetinin məlumatına əsasən, Oksford Universiteti vaksinin hazırlanmasında daha böyük nailiyyət əldə edib. Universitet mütəxəssislərinin artıq sentyabr ayına qədər bir neçə milyon vaksin dozası hazırlayacağı gözlənilir.

Müəllif: Elmir Murad