"Amrahbank"ın işçilərinin maaşları veriləcək - Elman Rüstəmov tapşırıq verib

12:30 - 1.05.2020


1 may, Fineko/abc.az. "Mən bu gün "Amrahbank"ın işçilərinin əməkhaqlarının ödənilməsi üçün tapşırıq vermişəm".

ABC.AZ verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

O qeyd edib ki, işçilərin əməkhaqqıları ödəniləcək, həmçinin işlə təmin olunmalarına kömək göstəriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər