Azərbaycanda karantin rejiminin taleyinə bu gün aydınlıq gətiriləcək

15:11 - 1.05.2020


1 may, Fineko/abc.az. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgah Azərbaycanda karantin rejiminin bitməsi və ya davam etməsi barədə həlledici qərarı açıqlayacaq.

Bunu ABC.AZ-a Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, gün ərzində bununla bağlı rəsmi məlumat ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, Azərbaycanda karantin rejimi mayın 4-dək uzadılmışdı.

Bu gün isə son iş günü olduğu üçün karantinin uzadılıb ya bitməsi barədə məlumat verilməlidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər