Bu sahələrin fəaliyyəti bərpa olunur - Siyahı

16:21 - 1.05.2020


1 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

ABC.AZ xəbər verir ki, buna baxmayaraq bu müddətdə bir sıra sahələrdə fəaliyyət bərpa olunacaq.

Fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcək.

Həmin siyahını təqdim edirik: “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;

xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;

bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;

bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər