Bu şəhərlərdə xüsusi karantin rejimi daha az yumuşaldılır - SİYAHI

17:37 - 1.05.2020


1 may, Fineko/abc.az. Ötən iki həftə ərzində koronavirusa yoluxma sayı azalsa da, yumşalma dövründə bir az artım oldu. İki zidd tendensiya müşahidə edildi.

ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, həkimlərin səyi nəticəsində vəziyyət nəzarət altındadır. İ. Məmmədov bildirib ki, karantin rejimi mayın 31-nə qədər uzadıldı və bəzi ərazilərdə də yumşaldılmasına qərarı verildi. "Yoluxma hallarının yüksək olduğu 4 şəhərdə karantindən çıxma yavaş sürətlə həyata keçiriləcək. Digər ərazilərdə isə yüksək sürətlə çıxış olacaq. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi daha az yumuşaldılır" deyə o bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər