Tramp virusun vaksininin hazır olacağı vaxtı açıqladı - Prezidentdən proqnoz

10:27 - 4.05.2020


4 may, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda koronavirus əleyhinə vaksinin 2020-ci ilin sonunda istifadəyə veriləcəyini açıqlayıb.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu sözləri “Fox News” telekanalının efirində deyib. O qeyd edib ki, dərmanın istifadəyə verilməsinə razılıq üçün mümkün qədər tez olması üzərində işləyirlər.

Qeyd edək ki, ABŞ-ın yerli və federal orqanlarının statistikası əsasında hesblamalar aparan Cons Hopkins Universitetinin son məlumatına görə, ölkədə koronavirusa 1,15 milyondan çox yoluxma qeydə alınıb, 67,4 min insan ölüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər