Zoom-a haker hücumu olub - Hesablar oğurlanaraq satılıb

10:37 - 4.05.2020


4 may, Fineko/abc.az. Bir qrup haker "Zoom" videokonfrans xidmətinin yarım milyon hesablarını satışa çıxararaq satıb.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə "Sunday Times" məlumat yayıb. Məlumata görə,"Cyble" şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri hesabları bir pensdən (90 qəpik) alıb. Satıcı "Telegram"ın rusdilli istifadəçisi olub. Bəzi hesablar "Cyble" müştərilərinə məxsus olduğundan şirkət onların həqiqiliyini müəyyənləşdirə bilib. Hakerlər satışa e-poçt ünvanları, giriş və parol, söhbət bağlantısı və videokonfransların idarəetmə pin kodları kimi məlumatlar yerləşdiriblər.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən şirkətlərin və məktəblərin kütləvi şəkildə məsafəli formata keçməsi səbəbindən "Zoom" istifadəçilərinin sayı artıb. Belə ki, ötən ilin dekabr ayında gündəlik 10 milyona yaxın insan, mart ayında isə artıq 200 milyon insan xidmətdən istifadə edib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər