Bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb - SİYAHI

10:46 - 4.05.2020


4 may, Fineko/abc.az. Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 4 və 5 may tarixlərində Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Bu barədə ABC.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qurum alternativ olaraq sürücülərə Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam etmələrini tövsiyyə edib. Qeyd edək ki, təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır.

Bu üzdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər