Bu sığorta şirkətinin yığımları artıb - Hesabat

11:43 - 4.05.2020


4 may, Fineko/abc.az. “Azərbaycan Sənaye Sığorta”ASC 2020-ci ilin I rübünün yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Şirkətin hesabatına istinadən xəbər verir ki, bu ilin 3 ayı ərzində ümumilikdə 3 130 945 manat məbləğində sığorta haqqı yığılıb.

Bu məbləğin 2 483 966 manatı könüllü, 646 979 manatı isə İcbari sığorta növlərinin payına düşür. Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko növləri, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası, icbari avtomobil və yaşıl kart növlərini əhatə edir. Beləliklə, sığorta yığımlarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 645 714 manat (110%) artım olub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər