Bu küçələr təmir olunur - Siyahı

14:42 - 4.05.2020


4 may, Fineko/abc.az. Nərimanov rayonunda uzunluğu 9,15 kilometr olan küçə və yol təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, Nərimanov rayonunun ümumi uzunluğu 3,4 kilometr olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin “Daş karxanası”nın 1,2 kilometrlik yollarının, ümumi uzunluğu 3,6 kilometr olan Böyükşorun “DYUA” və “40-cı rezervuar” yaşayış massivlərinin, o cümlədən “205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına yaşayış massivinin 0,5 kilometrlik yolunun, “Qarametal emalı” yaşayış məhəlləsində isə ümumi uzunluğu 0,56 kilometr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri nəzərdə tutulur.

Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 15 min kvadratmetrdir. Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır.

Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, Nərimanov rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması planlaşdırılır.

İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Müəllif: Elmir Murad


Bütün xəbərlər