“Amrah Bank”dan xəbər var - Səhm və istiqrazları delistinq ediləcək

14:52 - 4.05.2020


4 may, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi tərəfindən BFB-nin listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən, “Amrah Bank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhm və istiqrazlarının delistinq edilməsi qərarı alınıb.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər