Samuxda ən çox investisiya tikinti sahəsinə qoyulub - 100 min manatdan çox

16:14 - 4.05.2020


4 may, Fineko/abc.az. Bu ilin birinci rübündə Samux rayonuna qoyulan investisiyaların həcmi 1162,1 min manat olub.

ABC.AZ Rayon statistika idarəsinə istinadən xəbər verir ki, sosial sahəyə 98,7 min manat, tikinti işlərinə isə 1063,4 min manat investisiya qoyulub.

Əsas kapitala qoyulan investisiyanın hamısı qeyri-istehsal təyinatlıdır. 2520,6 min manat əsas fondlar istifadəyə verilib.

Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 536 min manat olan 1598 kvadratmetr mənzil tikilib. Əsas kapitala yönəldilmiş sərmayənin 626,1 min manatı və ya 53,9 faizi dövlət büdcəsindən ayrılıb, 536 min manatı və ya 46,1 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər