Üç ayda kredit portfeli 2 dəfədən çox artan bank - Hesabat

16:24 - 4.05.2020


4 may, Fineko/abc.az.  “AFB Bank” ASC kredit portfelinin artım dinamikasına görə 2020-ci ilin 1-ci rübündə banklar arasında 1-ci yerdə qərarlaşıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, aprel 1-i tarixinə "AFB Bank"ın kredit portfeli 439,1 milyon manat olub.

Qeyd edək ki, bankın ötən ilin eyni rübü üzrə kredit portfeli 206,9 milyon manat idi.

Bu isə o deməkdir ki, bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.

O cümlədən biznes kreditləri 67 milyon 741 min manat və ya 23,2% artaraq 359 milyon 56 min manata çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər