"AFB Bank"-ın mənfəəti kəskin artıb - 23 dəfə

16:25 - 4.05.2020


4 may, Fineko/abc.az. 1 Mart 2020-ci il tarixində AFB Bank 577 milyon 458 min manat cəmi aktivlərə malik olub.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin sonunda Bankın aktivləri 574 milyon 706 min manat təşkil etmişdi.

Qeyd edək ki, analoji dövrlə müqayisədə ilk rübdə AFB Bankda depozitlər 1 milyon 942 min manat artaraq 381,4 milyon manata çatıb.

Bununla yanaşı 31 Mart 2020-ci il tarixində AFB Bank 81 milyon 882 min manat məcmu kapitala malik olub. Hesabat dövrü ərzində Bankın mənfəəti də artıb.

Belə ki, Bank bu ilin I rübünü 2,553 milyon manat mənfəətlə başa vurub. Bu rübün mənfəəti ötən ilin eyni dövrünün mənfəətindən 23 dəfə çoxdur.

Yanvar-mart aylarında "AFB Bank"ın gəlirləri 9,566 milyon manat (illik müqayisədə 1,2% az), xərcləri 4,906 milyon manat (9,9% az), xüsusi ehtiyatlara ayırmaları isə 2,107 milyon manat (49% az) təşkil edib.

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər