Oğuzda 300 hektar sahədə tütün əkiləcək - Müqavilə bağlanıb

17:05 - 4.05.2020


4 may, Fineko/abc.az. Bu ildə Oğuz rayonunda tütün əkini sahələrinin ötən ilə nisbətən 2 dəfədən çox artırılaraq, 300 hektara çatdırılması nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, builki mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkiləcək.

Tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb. Təsərrüfatlarda artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Fermerlər indiyədək 60 hektardan çox sahəyə tütün şitilləri köçürüblər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər