Bu şəhərdə bir ailə istixanadan 4 tona yaxın məhsul götürür

17:24 - 4.05.2020


4 may, Fineko/abc.az. Hazırda Naxçıvanda nümunəvi ailə təsərrüfatları mövcuddur.

Onlardan biri də Culfa şəhərindəki istixanalardır.

Hazırda təsərrüfatçı istixanada pomidor yetişdirir.

Burada 1500-dən çox şitil əkilib becərilir. Ailə təsərrüfatçısı qeyd edib ki, istixanada əkilən məhsuldar pomidor sortları respublikanın digər bölgələrindən gətirilib və bir şitildən 4-5 kiloqram məhsul əldə etmək mümkündür. 20-25 gündən sonra istixanada ilk məhsul yığılacaq. İstixanada damcı üsulu ilə suvarma aparıldığını vurğulayan ailə təsərrüfatçısı qeyd edib ki, dörd ildir bu üsulla pomidor yetişdirməklə məşğuldur. Şitillərə yaxşı qulluq göstərildikdə hər il istixanadan 4 tona yaxın məhsul götürmək mümkündür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər