Türkmənistanda koronavirus yoxdu - ÜST-də təsdiqlədi

10:13 - 5.05.2020


5 may, Fineko/abc.az. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Türkmənistanda COVİD-19 virusuna yoluxma hadisəsi qeydə alınmayıb.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilatın Türkmənistandakı nümayəndəsi Paulina Karvovska Türkmənabad və Türkmənbaşı şəhərlərində karantin mərkəzlərini ziyarət edib.

O qeyd edib ki, Türkmənistan koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq üçün vaxtında bütün tədbirləri görüb.

Müəllif: Elmir Mura

 

Bütün xəbərlər