BTQ ilə rekord uzunluğunda yük bu ölkələrə ixrac həyata keçirir - SİYAHI

10:20 - 5.05.2020


5 may, Fineko/abc.az. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Gürcüstana rekord uzunluğunda qatar yola salınıb.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, mayın 3-də ümumi uzunluğu 1 050 metr olan 2 400 ton ağırlığında və 50 vaqonda 100 konteyner daşıyan ixrac qatarı BTQ dəmir yolu xətti ilə Qarsdan Gürcüstana yola düşüb.

Qatarla Mersin, Kayseri, Ankara, İzmit, İstanbul və Azərbaycanı keçməklə Qazaxıstan və Türkmənistana ixrac həyata keçiriləcək.

Qeyd edək ki, sözügedən ölkələrə maşın hissələri, avtomobil məhsulları, kənd təsərrüfatı texnikası, keramika məhsulları və fərdi qulluq məhsulları daşınır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər