Azərbaycanda kredit kartları artıb - Bir ayın nəticələri

10:46 - 5.05.2020


5 may, Fineko/abc.az. 2020-ci ilin mart ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 855 min ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, fevralın sonu ilə müqayisədə martda cəmi ödəniş kartlarının sayı 23 min ədəd artıb.

Həmçinin martda sosial kartlar 31 min ədəd artaraq 2 milyon 754 ədədə, kredit kartları isə 40 min ədəd artaraq 930 min ədədə yüksəlib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər