Əməkhaqqı kartları azalıb - 13 min ədəd

10:49 - 5.05.2020


5 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi mart ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 855 min ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, əməkhaqqı kartları 13 min ədəd azalaraq 2 milyon 334 min ədədə düşüb.

Əməkhaqqı və sosial kart olmayan digər debet kartları 35 min ədəd azalaraq 1 milyon 837 min ədədə qədər azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər