Daha 500-ə yaxın şəxs cərimələndi - Yenə karantin qaydalarını pozublar

11:47 - 5.05.2020


5 may, Fineko/abc.az. Xüsusi karantin rejiminin pozulmasına görə 04.05.2020-ci il saat 00:00-dan 05.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47963 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər