"PAŞA Bank Gürcüstan" ötən il zərər edib - 5 milyon manatdan çox

14:29 - 5.05.2020


5 may, Fineko/abc.az. "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi yeni adla xidmətə başlayıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən veb-konfransda məlumat verib.

O qeyd edib ki, 2019-cu ilin iyun ayından başlayaraq "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi "PAŞA Bank Gürcüstan" yeni adla pərakəndə bankçılıq xidmətləri təklif etməyə başlayıb.

Sədr qeyd edib ki, söhbət "Red Bank" layihəsindən gedir.

T. Kazımov əlavə edib ki, yeni layihə "PAŞA Bank Gürcüstan"ın xərclərini artırıb. Xərclərin artması ilə əlaqədar olaraq "PAŞA Bank Gürcüstan" ötən ili 5 milyon 472 min manat xalis zərərlə bağlayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər