Ağsu yamacındakı istirahət mərkəzləri yenidən qurulur

16:05 - 5.05.2020


5 may, Fineko/abc.az. Ağsu dolaylarında yerləşən və uzun zamandır fəaliyyət göstərən 36 sahibkarlıq obyekti - kafe və restoranlar, istirahət guşələri yenidən qurulur.

ABC.AZ xəbər verir ki, obyektlərin 11-də artıq söküntü işləri başa çatdırılıb.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun 144-158-ci kilometrini təşkil edən Ağsu dolaylarında sahibkarlıq obyektlərinin yenidən qurulması təhlükəsizlik baxımından da zəruridir.

Belə ki, 14 kilometrlik dolaylarda 17 sürüşmə zonası var və hətta 147-149-cu kilometrlərdə yolda və ərazinin iki yerində sürüşmə ikitərəflidir. 36 sahibkarlıq obyektinin 17-si məhz sürüşmə zonasındadır və bu da köhnə tikililər üçün çox təhlükəli idi. Yeni layihələrdə bütün bunlar nəzərə alınıb.

Ağsu ilə yanaşı Qobustan, Şamaxı, İsmayıllı rayonlarından keçən magistral yol kənarlarında da yenidənqurma işlərinə start verilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər