Koronavirusla Mübarizə Fonduna toplanan vəsaitin həcmi - AÇIQLANDI

17:10 - 5.05.2020


5 may, Fineko/abc.az. Bu günə qədər Koronavirusla Mübarizə Fonduna 113 milyon manatdan artıq vəsait toplanıb.

ABC.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib.

O qeyd edib ki, Fondun vəsaitlərinin xərclənməsinə şəffaflığı təmin etmək üçün İctimai Nəzarət Şurası yaradılıb: “Bu gün Şuranın ilk toplantısında İcra Hakimiyyəti, Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclisin və ictimaiyyətin nümayəndələri iştirak edib”.

 

Bütün xəbərlər