Avropa İttifaqı bu ölkələrə pul ayırdı – Siyahı

10:22 - 6.05.2020


6 may, Fineko/abc.az.  Avropa İttifaqı (Aİ) tərəfdaş ölkələrinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə 3 milyard avro məbləğində kredit yardımının ayrılmasını təsdiqləyib.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Aİ tərəfindən verilən açıqlamada bildirilir. Vəsait 12 ay və iki tranşla ödəniləcək, kreditin maksimal qaytarılma müddəti 15 ildir.

Təsdiq ediləcəyi təqdirdə Ukrayna - 1,2 milyard avro, Tunis - 600 milyon avro, Bosniya və Herseqovina - 250 milyon avro, İordaniya - 200 milyon avro, Albaniya - 180 milyon avro, Şimali Makedoniya - 160 milyon avro, Gürcüstan - 150 milyon avro, Moldova və Kosovo - hər biri 100 milyon avro, Monteneqro - 60 milyon avro maliyyə vəsaiti alacaq.

Qeyd edək ki, Aİ tərəfdaş ölkələrə mövcud xarici fəaliyyət resurslarından 15,6 milyard avrodan çox maliyyə vəsaiti ayırmağı nəzərdə tutur. Ümumi paketin 3,25 milyard avrodan ibarət hissəsi Afrika ölkələrinə, 1,19 milyard avro təşkil edən hissəsi isə Şimali Afrika qonşuluq ölkələrinə yönəldiləcək.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər