330x110
 

Bu rayonda baramaya görə yeni bağlar salınır - Proses artıq başlayıb

06.05.2020,12:32


6 may, Fineko/abc.az. Masallıda yeni meyvə və digər ağaclardan ibarət bağlar salınır.

ABC.AZ xəbər verir ki, rayonda meyvəçiliyin inkişafı məqsədilə yeni bağlar salınır.

Lürən kəndində yerli şəraitə uyğun 2 hektar sahədə naringi, 1 hektar sahədə göycə alçası, Ərkivan qəsəbəsində isə 2 hektarda feyxoa bağı salınıb. Rayonun Şərəfə kəndində 250 ədəd, Viləş kəndində isə 100-ə yaxın müxtəlif meyvə tingləri əkilib.

Qeyd edək ki, Masallı rayonunda baramaçılığın inkişafı ilə əlaqədar əksər yaşayış məntəqələrində sakinlər tut bağlarının salınmasına üstünlük verirlər.